İspaniyanın "Diario Gol" qəzeti şok iddia ilə çıxış edib.
Qəzet KriştianuRonaldunun satılacağını yazıb.
Sabahinfo.az fanat.az-a istinadən xəbər verir ki, "Real"ın prezidentiFlorentino Peresvə baş məşqçiZinəddin Zidan2017/18 mövsümünün sonunda Ronaldunun satılmasına qərar verib. "Diario Gol"un xəbərində qeyd edilir ki, Çin klubuna satılacaq futbolçunun transferindən elə məbləğdə gəlir əldə olunacaq ki, azarkeşlər də buna etiraz etməyəcək.
Qeyd edək ki, 33 yaşlı futbolçunun müqaviləsi 2021-ci ildə bitəcək.