"Stadionu "Qəbələ" üçün cəhənnəmə çevirməliyik”

"Komandada çox yaxşı atmosfer hökm sürür. Futbolçularda müsbət enerji var. Bizi yüksək səviyyəli və xüsusi oyun gözləyir ki, buna da hazırıq. Bütün diqqətlər Avropa Liqasının qrup mərhələsi üçün cəmləşib. Avropa arenasında "Maribor" adının davam etməsini istəyirik".

Sabahinfo.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Maribor"un idman direktoru Zlatko Zahoviç Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" ilə cavab oyunu öncəsi klubun saytına deyib.

O, qrup mərhələsinə yüksəlmək şanslarının qaldığını düşünür:

"Avrokubokda zəif rəqib olmur. Pley-off mərhələsinə  ən güclülər qalır. Son vaxtlar uğursuz çıxış edirik. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün real şans əldə etmişik. Heyətdə bir neçə yeni oyunçu var, bu üzdən tam komplektləşməmişik. Amma işlər plana uyğun şəkildə gedir. Çempionatda hələ uzun marafon var. İndi nikbin olmalı və qrup mərhələsi üçün savaşmalıyıq".
 
Z.Zahoviç azarkeşlərdən dəstək gözlədiklərini bildirib:

"Onların dəstəyi ilə istənilən rəqibə qalib gəlmək olar. "Qəbələ" ilə oyunda stadionu rəqib üçün cəhənnəmə çevirməliyik".
 
Qeyd edək ki,  "Maribor" - "Qəbələ" oyunu bu gün Bakı vaxtı ilə 22:15-də başlayacaq.