"Trabzonspor" sabiq futbolçusunu istəyir

"Trabzonspor" 2014/15 mövsümündə klubun şərəfini qorumuş Karl Medcanini geri qaytarmaq istəyir.

Sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, "Qara dəniz fırtınası" İspaniyanın "Leganes" kollektivində çıxış edən müdafiəçiyə görə danışıqlara başlayıb. 2015-ci ilin yayında baş məşqçi ilə ziddiyyət səbəbindən "Trabzonspor"dan ayrılan Medcani "Levante"yə keçmişdi.