Qambiya hökumətində 4 nazir postunu tərk edib.
Sabahinfo.Az Trend-ə istinadən xəbər verir ki, Qambiyanın maliyyə, ticarət, ətraf mühit və xarici işlər nazirləri vəzifələrini tərk ediblər.
Ölkənin seçkilərdə məğlub olmuş hazırkı prezidenti Camme yanvarın 19-da öz postunu tərk edərək yerini yeni seçilmiş prezident Adam Barrouya verəcək.
Qeyd edək ki, Qambiyada prezident seçkiləri ötən il dekabrın 1-də baş tutub.