"Qarabağ" futbol klubunun yarımmüdafiəçisi Riçard Almeyda AFFA-ya gələrək baş katib Elxan Məmmədov ilə görüşüb.
sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu Azərbaycan milli komandasında oynamaqla bağlı AFFA-nın təklifini müsbət qarşıladığını bildirib.
Bu il Riçard Almeydanın Azərbaycanda yaşamağının 5 ili tamam olduğunu nəzərə alaraq AFFA müvafiq hüquqi prosedurlara başlayıb.