“Anderlext” bu dəfə də Azərbaycan klubuna şans vermədi

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsində çıxış edən təmsilçimiz "Qəbələ” səfərdə Belçika "Anderlext”inin qonağı olub.sabahinfo.az saytı xəbər verir ki, qarşılaşmada ilk qolu meydan sahibləri vurub. Oyunun 14-cü dəqiqəsində "Anderlext"in  oyunçusu Teodorşuk komandasını hesabda önə çıxarıb. Oyunun 20-ci dəqiqəsində Baqali Dabo "Qəbələ"nin bərabərlik qolunu vurub. Ilk hissənin başa çatmasına 4 dəqiqə qalmış Santos avtoqola imza atıb  1:2. "Anderlext” oyunun 78-ci dəqiqəsində daha bir dəfə fərqlənərək hesabı 1:3-ə çatdırıb.

Qeyd edək ki, əvvəlki illərdə digər Azərbaycan klubları da "Anderlext”ə uduzub.