Türkiyənin tanınmış futbolçusu, "Barselona" klubunda bu sezon 9 oyunda 5 qol vurub, 4 ötürmə edən Arda Turan milli komanda ilə vidalaşmaq qərarına gəlib.
Sabahinfo.az-ın amkspor.com-a istinadən məlumatına görə, Türkiyə milli komandasının baş məşqçisi Fatih Terminin Ardanı Dünya Çempionatının seçmə oyunlarına çağırmaması futbolçunun bu qərara gəlməsinə səbəb olub. Belə ki, Fatih Terim Türkiyənin Ukrayna və İslandiya ilə oyunlarına çağırdığı heyətdə Ardanın adı yoxdur.
Futbolçunun gələn həftə bu barədə açıqlama yayacağı gözlənilir.