Asiya İnkişaf Bankının vitse-prezidentinin Azərbaycana səfəri gözlənilir

Noyabrın ortalarında Asiya İnkişaf Bankının (AİB) əməliyyat məsələləri üzrə vitse-prezidenti Vensay Janqın Bakıya səfəri gözlənilir. sabahinfo.az xəbər verir ki, bu barədə Trendə AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov məlumat verib.

Onun sözlərinə görə, vitse-prezidentin səfərinin dəqiq tarixi və gündəliyi məlum deyil.

 

Səfər çərçivəsində qurumun 50 illiyinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.

 

AİB 1966-cı ildə yaradılıb və 67 üzvü var.