Avro-2016 da daha iki oyun

Bu gün "Avro-2016"da daha iki oyun keçiriləcək.

Qol.az-ın məlumatına görə, C qrupunun ilk oyununda Polşa və Şimali İrlandiya üz-üzə gələcək.

Rumıniyalı hakimlər briqadasının idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qrupun digər görüşündə isə Almaniya Ukrayna ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün startı Bakı vaxtı ilə saat 23:00-da veriləcək. 
 

12 iyun 

C qrupu

20:00. Polşa - Şimali İrlandiya
Baş hakim: Ovidiu Hatseqan
Yan xətt hakimləri: Oktavian Şovre və Sebastyan George
Əlavə köməkçi-hakimlər: Aleksandru Tudor və Sebastyan Kolçesku (hamısı Rumıniya)
Nitsa. Nitsa şəhər stadionu.

23:00. Almaniya - Ukrayna
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Maykl Mallarki və Stiven Çayld
Əlavə köməkçi-hakimlər: Maykl Oliver və Kreyq Pouson (hamısı İngiltərə) Lill. "Pyerre Mauroy" stadionu.

N    Komandalar       O    Q    H    M    T-F    X
1    Almaniya             0    0    0    0    0-0    0
2    Polşa                   0    0    0    0    0-0    0
3    Şimali İrlandiya    0    0    0    0    0-0    0
4    Ukrayna               0    0    0    0    0-0    0