Avropa çempionatında ev sahibləri açılış oyununda 16 ildən bir qələbə qazanır

Avropa çempionatları çərçivəsində qrup oyunları təşkil olunandan ev sahibləri açılış matçlarında 9 dəfə çıxış ediblər. 

sabahinfo.az  apasport.az-a istinadən bildirir ki, bu qarşılaşmalardan yalnız 3-ü təşkilatçı ölkə üçün uğurla yekunlaşıb.

Maraqlıdı ki, meydan sahiblərinin qələbəsini 16 illik fasilə ayırır. Çempionata 1984-cü və 2016-cı illərdə çempionata fransızlar, 2000-ci ildə belçikalılar qələbə ilə start veriblər.   

Avropa çempionatlarının açılış matçları

İl

Şəhər

Oyun

Hesab

Qol

1980

Roma

Çexoslovakiya - AFR

0:1

Rummeniqe, 57.

1984

Paris

Fransa - Danimarka

1:0

Platini, 78.

1988

Düsseldorf

AFR - İtaliya

1:1

Breme, 56 - Mançini, 52.

1992

Stokholm

İsveç - Fransa

1:1

Grikson, 24 - Papen, 59.

1996

London

İngiltərə - İsveçrə

1:1

Şirer, 23 - Türkilmaz, 83.

2000

Brüssel

Belçika - İsveç

2:1

Qor, 43. E.Mpenza, 46 - Melbü, 53.

2004

Portu

Portuqaliya - Yunanıstan

1:2

Kriştianu Ronaldu, 90+3 - Karaqunis, 7. Basinas, 51.

2008

Bazel

İsveçrə - Çexiya

0:1

Sverkoş, 71.

2012

Varşava

Polşa - Yunanıstan

1:1

Levandovski, 17 - Salpinqidis, 71.

2016

Sen-Deni

Fransa - Rumıniya

2:1

Jiru, 57. Payet, 89 - Stanku, 65.

Qeyd edək ki, qrup mərhələsi 1980-ci ildən keçirilməyə başlayıb və həmin vaxt yarışa 8 yığma qatılıb.