Azay Quliyev Makedoniyanın xarici işlər naziri ilə görüşüb

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Makedoniya Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Nikola Popeski ilə görüşüb. Trend-in məlumatına görə, bu haqda Makedoniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, görüş ATƏT PA-nın Makedoniyanın paytaxtı Skopyedə keçirilən payız Sessiyasın çərçivəsində baş tutub.

Görüşdə Makedoniyada yaxın günlərdə baş tutacaq seçkilərin ədalətli və demoratik keçirilməsindən, ATƏT PA, ATƏT DTİHB-in və digər beynəlxalq təşkilatların ciddi monitorinqinə ehtiyacdan və digər həlli vacib məsələlərdən danışılıb.

Qeyd edək ki, ATƏT PA vitse prezidenti Azay Quliyev Makedoniyada keçiriləcək seçkilərdə ATƏT PA müşahidə missiyasının rəhbəridir.