Azərbaycanda 2017-ci il üçün ehtiyac meyarı müəyyən edildi

Milli Məclis bu gün keçirilən plenar iclasında "2017-ci ildə ehtiyac meyarı haqqında" qanun layihəsini qəbul edib.

sabahinfo.Az Trend-ə istinadən xəbər verir ki, gələn il Azərbaycanda ehtiyac meyarı 116 manat təşkil edəcək.

Qeyd edək ki, 2016-cı ildə ehtiyac meyarının həcmi 105 manat səviyyəsində təsdiq edilmişdi.