Azərbaycanda oynamış rus futbolçu vəfat etdi

"Spartak”ın keçmiş futbolçusu Artyom Bezrodnı vəfat edib. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, oyunçunun ölümünə səbəb ürəyində yaranmış problemlər və beyninə qan sızması olub.

Uzun illər Moskva klubunun şərəfini qorumuş yarımmüdafiəçi bir müddət Azərbaycanda da çıxış edib. O, 2005-ci ildə, o vaxt Azərbaycan çempionatının yüksək dəstəsində çıxış edən "MKT Araz” klubunda forma geyinib. Bezrodnı cəmi 4 oyunda İmişli klubunun şərəfini qoruyub.

Qeyd edək ki, ölkəmizdən ayrıldıqdan sonra peşəkar karyerasını bitirən futbolçu 37 yaşında dünyasını dəyişib.