Azərbaycanlı futbolçu ildə 1,8 milyon avro QAZANACAQ

Rusiya futbol yığmasının Azərbaycan əsilli furbolçusu Aleksandr Səmədov Moskvanın "Spartak” klubu ilə yaxın aylarda müqavilə imzalayacaq.

sabahinfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, futbolçu "Spartak”da aya 1,8 milyon avro maaş alacaq. Hazırda çıxış etdiyi "Lokomotiv” klubunda isə bonusları çıxmaq şərti ilə ona 2 milyon avro maaş verilirdi.

 

Məlumata görə, "Lokomotiv”in baş məşqçisi Yuri Syominlə söz savaşından sonra furbolçu son turlarda "Lokomotiv”in ehtiyat heyətində çıxış edirdi.