Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi, FIFA referisi Əliyar Ağayev ölkəmizin idman tarixində yeni uğura nail olub. sabahinfo.az saytı xəbər verir ki, Azərtac-ın məlumatına görə, Ə.Ağayev UEFA-nın hakimlər kateqoriyası üzrə birinci dərəcə alıb. Bununla da o, gələn ildən UEFA Çempionlar Liqasının qrup və pley-off matçlarına da təyinat almaq hüququ qazanıb.
Xatırladaq ki, 2013-cü ildən FIFA referisi olan Ə.Ağayev cari mövsümdə UEFA Avropa Liqasının qrup mərhələsində üç oyunu idarə edib.