Azərbaycan neftinin qiyməti 1 dollardan çox ucuzlaşıb.
sabahinfo.Az xəbər verir ki, "AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1,1 dollar və ya 1,93% azalaraq 55,81 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.