Bakıda gənc oğlanı kürəyindən bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib.

sabahinfo.az-ın lent.az-a istinadən məlumatına görə, Xətai rayonu Nəsrəddin Tusi küçəsi 29/42 ünvanının qarşısında Ağamalıyev Fərid Nahid oğlu bıçaqlanıb. Sol qol və kürək nahiyəsindən daxilə nüfuz edən gənc xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədilməsi məlum deyil.

Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.