Bakıda NATO ekspert qrupunun işçi görüşü keçirilir.
sabahinfo.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Şimali Atlantika Alyansının Nortvud Dəniz Komandanlığının ekspert qrupu ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri arasında "Dənizdə təqibetmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələri" mövzusunda işçi görüşü keçirilir. Görüş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən gerçəkləçdirilib.
Hərbi Dəniz Qüvvələrinin bazasında təşkil olunan görüşdə dənizdə təqibetmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələrinin hazırlıq prosesində Azərbaycan HDQ-də və NATO-da tətbiq olunan standartlar, tapşırıqlar və fəaliyyətlər mövzusunda fikir mübadiləsi aparılır.