XXXI Yay Olimpiya Oyunlarının boks yarışlarının yekunları açıqlanıb.
Sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan boks millisi Rio-2016-da final həyəcanı yaşayan 12 ölkədən biri olub.
Belə ki, 13 medal dəsti uğrunda mübarizə aparan 11 boksçumuzdan biri - Lorenzo Sotomayor (64 kq) həlledici qarşılaşmada qüvvəsini sınayıb. Bununla, boks tariximizə ilk və hələlik yeganə finalçı kimi düşən idmançımız hakimlərin köməyilə özbək rəqibinə uduzsa da, gümüş mükafata layiq görülüb.
Daha bir boksçumuz - Kamran Şahsuvarlı da (75 kq) Braziliyadan medalla qayıdır. Bürünc mükafatçı olan olimpiyaçımız yığmanın hesabına digər medalı yazdırıb.
Nəticədə Oyunları bir gümüş və 1 bürünclə başa vuran komandamız Rio-2016-da 10-cu yerə şərik olub. Kolumbiya ilə eyni göstəriciyə malik ölkəmiz Avropada 4-cü olub. Yalnız Fransa, Rusiya və Böyük Britaniya daha öndə qərarlaşıb. Bəzi növlərdə "Köhnə qitə"də çıxış edən Qazaxıstanın boksçuları Asiyada mübarizə apardığından Azərbaycan Avropada ilk "dördlük"dədir.
Medal sayında 1-ci yeri isə Özbəkistan tutub. Kuba kimi nəhənglə eyni sayda qızıl medal qazanan asiyalılar digər mükafatlarda onları qabaqlayıblar. Fransa isə siyahıda 3-cü olub. Ümumilikdə, 19 ölkə üzvləri medala yiyələniblər. Bunlardan 12-si final həyəcanı yaşayıbsa, 7-si yalnız bürünc qazanıb. Himni səslənən ölkələrin sayı isə 8-dir.
yer | ölkə | qızıl | gümüş | bürünc | cəmi |
1 | Özbəkistan | 3 | 2 | 2 | 7 |
2 | Kuba | 3 | 0 | 3 | 6 |
3 | Fransa | 2 | 2 | 2 | 6 |
4 | Qazaxıstan | 1 | 2 | 2 | 5 |
5 | Rusiya | 1 | 1 | 3 | 5 |
6-7 | Böyük Britaniya | 1 | 1 | 1 | 3 |
ABŞ | 1 | 1 | 1 | 3 | |
8 | Braziliya | 1 | 0 | 0 | 1 |
9 | Çin | 0 | 1 | 3 | 4 |
10-11 | Azərbaycan | 0 | 1 | 1 | 2 |
Kolumbiya | 0 | 1 | 1 | 2 | |
12 | Hollandiya | 0 | 1 | 0 | 1 |
13-19 | Xorvatiya | 0 | 0 | 1 | 1 |
Finlandiya | 0 | 0 | 1 | 1 | |
Almaniya | 0 | 0 | 1 | 1 | |
Meksika | 0 | 0 | 1 | 1 | |
Monqolustan | 0 | 0 | 1 | 1 | |
Mərakeş | 0 | 0 | 1 | 1 | |
Venesuela | 0 | 0 | 1 | 1 |