Bruma "İnter"ə keçə bilər

PSV Eindhoven klubunun müdafiəçisi Ceffri Bruma "İnter"ə keçə bilər. sabahinfo.az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlıfutbolçu Milan təmsilçisi ilə danışıqlar apardığını təsdiqləyib.

"İnter"lə danışıqlar mənimm heyətdə yerim və Roberto Mançinini planları barəsində idi. Məni maraqlandıran sualları verdim. Bir-birini dinlədik. Top liqaların hər birini bəyənirəm. De Vreydən soruşacam ki, İtaliyada oynamaq necədir. PSV-də qala da bilərəm. Çünki Çempionlar Liqasında oynamaq istəyirəm".

Brumanın PSV ilə müqaviləsi 2018-ci ilin yayında başa çatır. Eredivizyanın son çempionu onu "İnter"ə satmaq üçün 8 milyon avro tələb edir.