CAS "Real"ın istəyini təmin etmədi

İdman Arbitraj Məhkəməsi (CAS) "Real"ın "Benfika" klubuna qarşı ittihamına baxıb.

Sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, söhbət 2014-cü ildə Ezekiel Qarayın "Zenit"ə transferi ətrafında yaranan narazılıqdan gedir. Transfer hüquqlarının bir hissəsi "Real"a məxsus olan agentinalı müdafiəçi "piterlilər"ə 6 milyon avroya başa gəlmişdi.

Madrid klubunun prezidenti Florentino Perez isə həmin vaxt "Bavariya"nın Qaraya görə 15 milyon avro ödəməyə hazır olduğunu iddia edirdi. "Benfika" transferin 6 milyon avroya baş tutduğunu sübut edərək "Real"a cəmi 3 milyon avro vermişdi. Lozannada yerləşən Arbitraj Məhkəməsi bu məsələdə "Real"ın əleyhinə qərar verib.