Cavid Hüseynov "Qəbələ"yə döndü

"Qəbələ" idman klubunun futbolçu Cavid Hüseynovla müqavilə imzalayıb.

sabahinfo.az xəbər verir ki, anlaşmanın müddəti mövsümün sonuna kimidir.

 

Sabahdan etibarən futbolçu məşqçilər korpusunun proqramına əsasən çalışmalara başlayacaq.

Futbolçunun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına müraciət olunub.