Çinin "Tyantszin Tsüantszyan” futbol klubu İspaniya millisi və "Çelsi”nin hücumçusu Dieqo Kostaya klubda oynaması üçün yüksək məbləğ təklif edib. Trend-in məlumatına görə, söhbət illik 40 milyon avro həcmində əmək haqqından gedir.
Əgər D.Kosta Çinin futbol klubuna keçidə razılıq verərsə, o, dünyada ən yüksək əmək haqqı alan futbolçu olacaq.
Qeyd edək ki, hazırda da ən yüksək əmək haqqı olan futbolçu Çində oynayır. 2016-cı ilin dekabrında "Şanxay Şenhua” klubuna keçən argentinalı Karlos Teves illik 37,5 milyon avro əmək haqqı alır.