Avropa İttifaqının ardınca daha dörd ölkə Ukrayna və Rusiya vətəndaşlarına qarşı fərdi sanksiyalar müddətini 6 ay uzadıblar.
Sabahinfo.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda İttifaqın diplomatiyasının
başçısı Federika Mogerininin bəyanatında deyilir.
Bəyanatda deyilir: "Aİ-yə namizəd ölkələr Çernoqoriya və Albaniya, həmçinin Norveç və Ukrayna Avropa İttifaqı Şurasının qərarına qoşulub. Avropa birliyi bu qərarı nəzərə alır və onu alqışlayır".