Almaniya çempionu "Bavariya" Məsut Özili transfer etmək istəyir.sabahinfo.az-ın məlumatına görə, Münhen klubu bu yöndə fəaliyyətə başlayıb.Məsut bir müddət əvvəl "Arsenal"ın yeni müqavilə təklifini qəbul etməmişdi.Onun Almaniyaya dönərək "Bavariya"da oynamağa mənfi yanaşmadığı deyilsə də, hələ yekun qərarını vermədiyi bildirilir. Türk əsilli ulduz futbolçu düşünmək üçün vaxt istəyib.
Bu arada bir neçə gün öncə "Mançester Yunayted”in baş məşqçisi təyin edilən Joze Mourinyo da türk əsilli futbolçunun transferində maraqlıdır.
Məsut Özil və Joze Mourinyo eyni vaхtda - 2010-cu ildə "Real"a keçmişdi. 2013-cü ildə portuqaliyalı mütəхəssis "Kral Klubu"ndan ayrıldıqdan sonra türk futbolçu "Arsenal"atransfer olunmuşdu.
"Arsenal" Məsutu 2013-cü ildə "Real"dan 46 milyon avroya alıb. Hazırda"Tranfermarkt" ona 50 milyon avro qiymət qoyub. Cari mövsümdə 45 rəsmi oyun keçirən türk futbolçu 8 qol vurub və 20 məhsuldar ötürmə verib.