Dünyanın ən güclüsü "Real"dı

Bu gün klublararası dünya çempionatında final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Yaponiyada keçirilən turnirin həlledici qarşılaşmasında Madridin "Real” klubu meydan sahibi "Kaşima” ilə qarşılaşıb.

 

Əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunda qalib əlavə edilmiş dəqiqələrdə müəyyənləşib. Madridlilər 4:2 hesabı ilə qələbə qazanaraq dünyanın ən güclüsü olublar. 

 

Görüşdə "Real"ın portuqaliyalı superulduzu Ronaldo het-triklə yadda qalıb.

 

 

Klublararası dünya çempionatı

Final

18 dekabr

 

"Real” – "Kaşima” – 4:2 (əlavə vaxt) 

Qollar: Benzema, 9, Ronaldo, 58 (pen.), 98, 104 - Şibasaki, 44, 52