Əfsanəvi futbolçudan "Yuventus" təhlili

"Yuventus"un eks futbolçusu Canluka Vialli klubun 2 mövsüm əvvəlki çıxışını təhlil edib. sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, Vialli bunları deyib:

""Yuventus" iki mövsüm öncə "Barselona" ilə Çempionlar Liqasının finalında oynayan komandadan zəifdir. Həmin "Yuventus"un yarımmüdafiəsi Poqba, Pirlo, Vidal və Markizio ilə daha güclü idi. Müdafiə xətti də, həmçinin. Bəlkə də, komandanın indiki hücum xətti Hiquain - Dibala əvvəlki Tevez - Moratadan daha güclüdür".

Çempionlar Liqasının 2014/15 mövsümünün finalında "Barselona" ilə qarşılaşan "qoca senyora" 1:3 hesabıyla uduzmuşdu.