Emredən üzr istəsə də, cəza verildi

"Herta" ilə oyunda qırmızı vərəqə alan Dortmund "Borussia"sının yarımmüdafiəçisi Əmrə Morun cəzası açıqlanıb.
 
Goal.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi növbəti iki oyunda komandasına kömək edə bilməyəcək. Bu barədə məlumatı Almaniya Futbol Federasiyası yayıb.
 
Qeyd edək ki, Əmrənin kobudluq etdiyi Sebastyan Lanqkamp qarşılaşmadan sonra Mordan üzr istəyib, onun qırmızı vərəqəyə layiq olmadığını bildirmişdi.