Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə getməsi ilə bağlı xəbərin yayılmasından sonra media nümayəndələrinə müraciət edib.
Sabahinfo.az-ın məlumatına görə, Zeynəb Cavadlının şəxsi feysbuk səhifəsindən yayımladığı müraciətində deyilir:
"Əziz dostlar, hörmətli media nümayəndələri,
Biz sizinlə uzun zaman əməkdaşlıq etmişik.
Bu illər ərzində mən hər zaman sizlərə böyük hörmət bəsləmişəm və ümidvaram ki, siz də mənə qarşılıqlı cavab verəcəksiniz.
Sizdən xahiş edirəm ki, mənim icazəm olmadan ailəm barədə bir daha mediada heç bir məlumat paylaşmayasınız.
Mənim ailəm – mənim şəxsi həyatımdır.
Bu mövzuda mediaya heç bir açıqlama vermək istəməzdim. Xahiş edirəm, mənim istəyimi nəzərə alaraq mətbuat etik qaydalarına riayət edəsiniz.
Təşəkkür edirəm”.
Qeyd edək ki, Zeynəb Cavadlının bu evlilikdən Sana bint Saeed Maktoum Al Maktoum adlı bir qız övladı da var.