Evindən 15 kq marixuana tapıldı

Tovuz rayon sakinindən külli miqdarda narkotik götürülüb. Sabahinfo.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonu ərazisində Alakol kənd sakini Eldar Namazova məxsus "VAZ-2107" markalı avtomobilə baxış zamanı 295 qram marixuana aşkar edilərək götürülüb. E.Namazova narkotik maddəni satmış Abdal kənd sakini Xanlar İsmayılov tutulub.

 

X.İsmayılovun evinə baxış zamanı oradan 15 kiloqram 150 qram marixuana aşkar edilərək götürülüb.