“Fiorentina” - “Qarabağ” matçının hakimləri bilindi

Sentyabrın 29-da futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunları keçiriləcək.

sabahinfo.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ” sentyabrın 29-u səfərdə İtaliyanın "Fiorentina” klubunun qonağı olacaq.

Saat 21:00-da başlayacaq matçın artıq hakim təyinatları məlumdur. Qarşılaşmanı avstriyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Oliver Draxta, yan xətt hakimləri Roland Bradner və Ştefan Kührdür. Əlavə köməkçi hakimlər Manuel Şüttenqruber və Diter Mukenhammerdir. Roland Ridel isə bu matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Hakimlərin işinə kiprli Mixael Arqriu qiymət verəcək, UEFA nümayəndəsi isə ispaniyalı Eduard Dervişay olacaq.