Fransada etirazçılar Avro-2016 Kubokunun turne mərhələsini pozdular

Fransada etirazçılar qarşıdakı futbol üzrə Avropa çempionatının baş mükafatı - Anri Delone Kubokunun turne mərhələsini pozublar.

sabahinfo.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Kubok turne çərçivəsində indiyədək Fransanın 25 şəhərində olub. Baş mükafat bu gün səhər Parisin Şimal vağzalına gətirilib. Lakin etirazlar səbəbindən burada Kubokun təqdimatının keçirilməsi ləğv edilib.

Qeyd edək ki, bütün Fransada SNCF dəmiryol şirkətinin əməkdaşlarının müddətsiz tətili keçirilir.