Fransada “Qəbələ”yə məşq etməyə icazə vermədilər

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə "Sent-Etyen”lə qarşılaşacaq "Qəbələ” Fransada oyunöncəsi məşq zamanı problemlə üzləşib.

sabahinfo.Az Apasport.az saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisinə oyunun keçiriləcəyi "Joffrua Qişar” stadionunda məşq etməyə icazə verməyiblər.

Bu xəbəri "Qəbələ”nin mətbuat xidmətinin rəisi Anar Hacıyev də təsdiqləyib. Klub rəsmisi bildirib ki, əsas meydançanın ot örtüyünə zərər gəlməməsi üçün son çalışmalar stadionun yardımçı meydançasında baş tutacaq.