Gürcüstan millisi Bakıda yenə uduzdu

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyun keçirilib.

Sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, Gürcüstan yığması III dövrənin son qarşılaşmasında "Lokomotiv"lə üz-üzə gəlib.

Autsayderlərin görüşündə Vüqar Əliyevin yetirmələri qələbə qazanıblar. Onlar ilk 2 dövrədə olduğu kimi gürcülərdən yenə 3 xal alıblar.
 

Belə ki, birinci seti 12 top fərqi ilə qalib gələn voleybolçularımız ardınca üstünlüyü əldən veriblər - 1:1. Lakin 3-cü və 4-cü hissələrdə daha yaxşı oyun nümayiş etdirən "Lokomotiv" matçı aktivinə yazıb.
 
Beləliklə, Gürcüstan millisi növbəti 4 oyununu xalsız bitirərək, bu gün Bakıdan Tiflisə yollanacaq. 
 
27 fevral
"Lokomotiv" - Gürcüstan - 3:1 (25:13, 20:25, 25:16, 25:12)
"Azərreyl" Voleybol Mərkəzi
 
I dövrə: "Lokomotiv" - Gürcüstan - 3:0 (25:22; 25:17; 25:21)
II dövrə: Gürcüstan - "Lokomotiv" - 1:3 (25:20, 11:25, 18:25, 16:25)

Telekom

13

14

2

36-15

1194-943

32

Azərreyl

12

9

3

33-11

1014-774

29

Azəryol

13

7

6

27-18

1003-873

22

Lokomotiv

12

3

9

10-29

680-895

9

Gürcüstan

12

0

12

3-36

557-9