Son sutka ərzində Hindistanın ayrı-ayrı şəhərlərində da baş vermiş iki yol qəzasında 29 nəfər ölüb. sabahinfo.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə "CNN" xəbər yayıb.
Məlumata görə, hər iki yol qəzası sərnişin avtobuslarının gölə düşməsi ilə bağlıdır. Hadisələrdən biri ölkənin şimalında, Amritsar şəhəri yaxınlığında baş verib. İçində uşaqların olduğu avtobusun gölə düşməsi nəticəsində 6 azyaşlı dünyasını dəyişib, 14 nəfər xəsarət alıb.
Digər oxşar hadisə Bixar ştatında baş verib. Sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticəsində avtobus gölə düşüb. Nəticədə 11-i uşaq olmaqla 23 nəfər ölüb.