Stokholm şəhərində futbolçu Zlatan İbrahimoviçə heykəl qoyulacaq.
sabahinfo.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda İsveç Futbol Federasiyasının saytı xəbər yayıb. "Frends-Arena" stadionunun yaxınlığında ucaldılacaq heykəlin uzunluğunun 2,7 metr olacağı bildirilib.
Xatırladaq ki, İbrahimoviç 11 dəfə ölkəsinin ən yaxşı oyunçusu seçilib. Həmçinin o, İsveç milli komandasının tarixində ən yaxş bombardirdir (116 oyuna 62 qol).