İlahə Mələk və Sinan Akçil?!

Müğənni İlahə Mələkdən xəbər var. Qısa bir aradan sonra yeni layihələr üzərində çalışan gənc müğənni musiqisi Sinan Akçılə aid "Yenə sev"mahnısını ərsəyə gətirib. Yeri gəlmişkən müğənninin prodüsseri və mətbuat katibi Aydın Ulusoy Sabahinfo.az-a bunları bildirib: " Musiqi türk musiqisi olmasına baxmayaraq sözləri Orxan Əfəndi və mənə məxsus olan mahnı qısa zamanda seviləcəyinədə əminəm. Əlbəttə bu özü böyük bir yükdür. Qeyd edim ki mahnıya klipdə planlaşdırılır. Həmçinin bildirmək istəyirəm ki bu mahnıdan sonra daha iki yeni mahnı üzərində çalışırıq."