İngilis boksçu nokdaundan sonra öldü

Britaniyalı boksçu Mayk Tauell rinqdə aldığı ciddi zədələrdən sonra xəstəxanada ölüb.
 
sabahinfo.Az-ın "BBC Azərbaycanca”ya istinadən verdiyi məlumaat görə, Glasgow şəhərinin Radisson Blu hotelində Dale Evans-la görüş vaxtı Tauell iki dəfə nokdauna göndərilib.
 
İlk zərbədən sonra döyüş davam etdirilib. Lakin ikinci nokdaundan sonra boksçu huşunu itirib.
Mayk Tauell rinqdən xəstəxanaya xərəkdə aparılıb.
 
Orta ağır çəki kateqoriyasında çıxış edən Tauell bir dəfə də olsun məğlub edilməmişdi
25 yaşlı peşəkar boksçu idman karyerası boyunca bir dəfə də olsun məğlub edilməyib. 11 qələbəyə imza atan Tauell yalnız bir görüşü heç-heçə ilə başa vurub