İordaniya Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında 70 idmançı ilə təmsil olunacağını açıqlayıb.
Sabahinfo.az goal.az-a istinadən xəbər verir ki,İordaniya Olimpiya Komitəsi bu ölkənin idmançılarının taekvondo, tennis, cüdo, üzgüçülük, boks, karate, güləş, uşu, atıcılıq, 3-ün 3-ə basketbol və paralimpiya növlərində mübarizə aparacaqlarını yazıb. Ümumiyyətlə, 4-cü İslam Həmrəyliyi Oyunlarında 57 ölkədən 3500 idmançı iştirak edəcək. İlin idman tədbiri mayın 12-də başlayıb 22-də yekunlaşacaq. Azərbaycan ev sahibi olaraq bütün idman növlərində təmsil olunacaq.