Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl-Bab şəhərinə doğru hücumları intensivləşdirib.
sabahinfo.az xəbər verir ki, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun terrorçuların mövqeyinə təxminən 10 km-ə qədər yaxınlaşdığı bildirilib.
İŞİD hədəflərinə havadan və qurudan zərbələr endirildiyi vurğulanıb.
Bəzi mənbələrdə Əl-Babın Baraqat və Keferqran kəndlərinin müxaliflər tərəfindən alındığı qeyd edilib.