İstanbul terrorunun təşkilatçıları həbs olundu

Şübhəli şəxslər polis idarəsinə gətiriliblər.

İstanbulda terror aktı ilə əlaqədar dörd nəfər saxlanılıb, Oxu.Az "Anadolu” agentliyinə istinadən xəbər verir.

Əldə olunmuş məlumata görə, şəhərin Polis İdarəsinin terrorizmlə mübarizə üzrə əməkdaşları Vezenciler rayonunda terror aktının təhqiqatı çərçivəsində dörd şübhəli şəxsi saxlayıblar.

Həmin şəxslər İstanbulun Polis İdarəsinə gətiriliblər.