Keçmiş nazirin oğlu küçədə yaşayır

İranda Ruhullah Xomeynin dövründə Daxili və Xarici işlər naziri vəzifələrini tutmuş Məhəmməd Cəfər Behbehaninin oğlu Əli Behbehani küçədə yaşamağa başlayıb.  
 
Sabahinfo.Az publika.az-a istinadən xəbər verir ki, sabiq nazirinin oğlu 5 il əvvəl İrandan qaçaraq Türkiyəyə sığınıb.
 
Lenfoma xərçəngi olan 55 yaşlı Əli Behbehani yardım dərnəkləri tərəfindən tutulan evdən çıxarılaraq küçəyə atılıb.   
 
Şiə məzhəbinə qarşı çıxdığı üçün İranda təqib edildiyi üşün mühacirət edən  Behbehani təxminən 3 aydır Adapazarı adlanan ərazidə küçədə yaşadığını bildrib:
 
"Allah razı olsun, kömək edilir, ancaq heç bir şeyə çatmır. İş tapa bilmirəm. Dövlətdən mənə sahib çıxılmasını istəyirəm".