Legionerlələ bağlı limit dəyişdi

Azərbaycan Voleybol Federasiyası Super Liqanın 2016/2017 mövsümü üçün limiti dəyişib. sabahinfo.az saytı APA-ya istinadən xəbər verir ki, bununla da 2 il əvvəl qəbul olunan qərar qüvvədən düşüb.

 

Belə ki, qadın voleybolçular arasında Azərbaycan çempionatında yeni mövsümdə hər komandada meydana ən azı 3 yerli oyunçu çıxmalıdı. Həmçinin, ehtiyatda da ən azı 1 azərbaycanlı olmalıdı.

 

Bu arada yarışda mübarizə aparacaq komandaların təxmini sayı da bilinib. Ötən illə müqayisədə bu dəfə də 1 komanda tarixin yaddaşına qovuşub. "Lokomotiv”in yenidən formalaşacağı inandırıcı görünmür. Əvəzində "Azərreyl”, "Telekom”, "Azəryol”, və "Gənclik”in çıxışı dəqiqləşib. Gürcüstanın "Tbilisi” klubunun ötən il olduğu kimi çempionatımıza qatılması isə hələ bilinmir. Amma gözləniləndi.

 

Qeyd edək ki, 2014/2015 mövsümündə ilk dəfə limit tətbiq edən AVF həmin vaxt hər komandanın meydana ən azı 2 azərbaycanlı voleybolçu ilə çıxmasına qərar vermişdi. Həmçinin, ehtiyat oyunçular skamyasında da 1 təmsilçimiz olmalı idi.