Liviyada iki İtaliya vətəndaşı oğurlanıb

Liviyanın cənubunda iki İtaliya vətəndaşı oğurlanıb.

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, bu barədə İtaliya xarici işlər nazirliyinin məlumatında deyilir.
 
"Qat şəhərinin hava limanında çalışan iki İtaliya və bir italyan əsilli Kanada vətəndaşı işə gedərkən yolda oğurlanıblar", məlumatda deyilir.
 
Əcnəbilərin kim tərəfindən oğurlandığı hələ ki, məlum deyil.