Lukaku üçün rekord təklif

Bundesliqa təmsilçisi "Bayern Munchen" "Everton"-un Belçikalı futbolçusu üçün rekord məbləğdə transfer haqqı ödəməyə hazırdır. 

sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, "Bundestim" təmsilçisinin baş məşqçisi Karlo Ancelotti, "Bayern"-in idarə heyətinə Lukakunun tamamilə komandanın oyun sisteminə uyğun olduğunu və bu transferin vacib olduğunu qeyd edib. İlkin təxminlərə görə, Münxen təmsilçisi, belçikalı futbolçu üçün 75 milyon avro təklif etməyə hazırlaşır.