Madridin “Real”ı Bakıda məktəb açır

"Real Madrid Foundation" Azərbaycanda kurslar təşkil edəcək.

Sabahinfo.Az sportbox.az-a istinadən xəbər verir ki, klubun məşqçiləri bu ilin payızında  Azərbaycanın gənc futbolçularına təlimlər keçəcəklər.

"Real Madrid Foundation" - "Real" futbol klubu tərəfindən yaradılan və "uşaqlar üçün kurslar və düşərgələr" təşkil edən fonddur.

Ümumilikdə dünyada 250-dən çox belə məktəb var.