Mafiyadan maraqlı təklif: Ayağını qıraq, futbol həyatı bitsin

"Torino”nun hücumçusu Maksi Lopes, "İnter”li Mauro İkradi və Vanda Nara eşq üçbucağı haqqında söz-söhbətlər səngimək bilmir.

sabahinfo.Az Apasport-a istinadən xəbər verir ki, Lopeslə evli olduğu zaman İkardi ilə görüşən və ardınca birincidən boşanıb ikinci ilə evlənən Nara köhnə dostları bir-biri ilə düşmən etmişdi.

Bu məsələ uzun müddət İtaliya mətbuatının gündəmindən düşməmişdi. Maraqlıdır ki, bu yaxınlarda çıxan xəbərlərə görə hətta Lionel Messi qalmaqala qarşımış və Mauro İkardinin Argentina millisinə çağırılmamasını tələb etmişdi.

"Goal.com” portalı isə daha maraqlı iddia ilə çıxış edib. Məşhur idman portalı bildirib ki, Maksi Lopez italyan mafiyasından Mauro İkardiylə bağlı təklif alıb.

Sicilya mafiyası Lopesə müraciət edərək, İkardiylə hesab çəkməyi təklif edib.

İki dəfə futbolçuya müraciət edən mafiya üzvləri İkardinin ayaqlarını sındırmağa və onun futbol həyatına son qoymağa hazır olduqlarını bildiriblər.

Amma Maksi bu təklifi qəbul etməyib. Mafiya üzvləri qruplaşma rəhbərinin telefon nömrəsini Lopesə verərək, fikrini dəyişəcəyi təqdirdə zəng etməyi tapşırıblar.