Messi ağır zədələndi

"Barselona"nın ulduz oyunçusu Lionel Messi ağır zədələnib.

sabahinfo.az axar.az-a istinadən bildirir ki, dünya şöhrətli futbolçu Hondurasla yoldaşlıq matçında belindən və sinəsindən zədə alıb. Bundan sonra Messi 64-cü dəqiqədə əvəzlənib.
 
Oyundan sonra millinin həkimi 28 yaşlı hücumçunun belində çat və sınıq aşkarlanmadığını bildirib. O, Messinin bərpa müdəttinin daha sonra məlum olacağını söyləyib.
 
Xatırladaq ki, Argentina - Honduras görüşü Argentinanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.