Henri Obiekvu futbol matçı zamanı infarkt keçirib. Futbolçunun dərhal xəstəxanaya çatdırılmasına rəğmən, həyatını xilas etmək mümkün olmayıb.
sabahinfo.Az Milliyet-ə istinadən xəbər verir ki, şahidlərin dediyinə görə, Enuqu şəhərində hazırlıq matçı zamanı "Samba FC" klubunda meydana çıxan Henri sinəsində sərt ağrıların olduğunu bildirərək əvəzlənməsini istəyib. Həmin an yerə yıxılan futbolçu ayağa qalxa bilməyib.
Qeyd edək ki, Henri Obiekvu Nigeriya milli komandasının futbolçusu Kinqsli Obiekvunun qardaşıdır.