Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb.
Bu barədə Sabahinfo.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
O bildirib ki, parlamentin iclası aprelin 24-də keçiriləcək. İclasın gündəliyinə 27 məsələ daxildir.
İclasda Ombudsmanın 2019-cu il üzrə hesabatı dinləniləcək.